...

İvitsa Daçiç xəstəxanadan evə buraxılıb

Dünya xəbərləri Materials 31 Mart 2026 23:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Baş nazirinin müavini, daxili işlər naziri və Serbiya Sosialist Partiyasının lideri İvitsa Daçiç ağır xəstəlikdən sonra xəstəxanadan evə buraxılıb və tədricən işə qayıtmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə siyasətçi özünün “İnstagram” hesabında paylaşım edib.

İvitsa Daçiç bildirib: “Müttəfiqlərimin vaxt və anlayışı tələb olunacaq ki, mən yalnız strateji, əsas məsələlərə diqqət yetirim, xalqın həyat və ölümün astanasında olduğum zaman dəstəklədiyi yolu izləyim”.

O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb və xəstəliyi dövründə ona dəstək olan hər kəsə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti