...

Ağdamda bıçaqlanan qız Bakıya göndərilib

Hadisə Materials 31 Mart 2026 23:42 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda bıçaqlanma hadisəsi nəticəsində xəsarət alan qız Bakıya göndərilib.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə zamanı rayon sakini Leyla Cəfərova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı üz nahiyəsi və sol əlində kəsilmiş-deşilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsində ona ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub.

Həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən Leyla Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına göndərilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti