Bakı.Trend:
Sabunçu rayonunun bəzi ərazilərində işıq təminatında fasilə yaranacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
