...

Türkiyə millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb

İdman Materials 1 Aprel 2026 00:55 (UTC +04:00)
Türkiyə millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.

Trend xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub.

Matç Türkiyə millisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. Bu nəticə ilə Türkiyə yığması DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb və D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Digər qarşılaşmada isə İsveç yığması Polşanı 3:2 hesabı ilə məğlub edərək final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti