...

"Tottenhem"in yeni baş məşqçisi Roberto De Zerbi oldu

İdman Materials 1 Aprel 2026 03:32 (UTC +04:00)
"Tottenhem"in yeni baş məşqçisi Roberto De Zerbi oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Tottenhem" futbol klubu baş məşqçi postuna Roberto De Zerbinin gətirildiyini rəsmən açıqlayıb.

Trend xəbər verir ki, Premyer Liqa təmsilçisi italiyalı mütəxəssislə razılıq əldə edildiyini bildirib.

Məlumata görə, tərəflər arasında imzalanan müqavilə 5 illikdir.

Qeyd edək ki, "Tottenhem" ötən həftə xorvatiyalı baş məşqçi İqor Tudorla yollarını ayırmışdı.

Xəbər lenti

Xəbər lenti