...

Parisdə sürücülər etiraz aksiyası keçirib

Dünya xəbərləri Materials 1 Aprel 2026 06:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə yük maşını və avtobus sürücülərinin etiraz aksiyası keçirilib.

Trend “Euronews”a istinadən xəbər verir ki, aksiya Avropa Yol Nəqliyyatı Təşkilatının çağırışı ilə təşkil olunub.

Paytaxtın dairəvi yolunda təxminən 200 avtobusun aşağı sürətlə hərəkət etməsi (“İlbiz əməliyyatı”) nəticəsində nəqliyyatda ciddi problemlər yaranıb.

Etirazçılar yanacaq qiymətlərinin artmasına etiraz edir və hakimiyyətdən daha çox dəstək tələb edirlər.

Bildirilib ki, bu həftə Luara, Provans-Alp-Kot d'Azur, Oksitaniya və Yeni Akvitaniya bölgələrində də oxşar aksiyaların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yaxın Şərqdəki müharibədən ciddi təsirlənən nəqliyyat sektoru artıq hökumətdən müəyyən dəstək alıb. Cümə günü iqtisadiyyat naziri Roland Leskür və nəqliyyat naziri Filipp Tabaro sahənin inkişafı üçün 50 milyon avro vəsait ayrıldığını açıqlayıblar.

Xəbər lenti

Xəbər lenti