Bakı. Trend:
COMEX birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə olaraq 1 troy unsiyası üçün 4750 dolları keçib.
Trend xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 04:30-a olan məlumata görə, qızılın qiyməti 4,23 faiz artaraq troya unsiyası üçün 4750,5 dollara çatıb.
Saat 04:45-ə qədər fyuçerslərin artımı nisbətən zəifləyib və qiymət unsiya üçün 4736,5 dollar (+3,93 faiz) səviyyəsində qərarlaşıb.
