Bakı. Trend:
Tokionun şimalında, Toçiqi və İbaraki prefekturaları ərazisində güclü zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi təcili xəbərdarlıq yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələnin gücü 5 bal təşkil edib. Təkanlar Tokionun mərkəzində də hiss olunub.
Bildirilib ki, sunami təhlükəsi yoxdur.
