Bakı.Trend:
Siyəzən şəhərində fərdi yaşayış evindən qadın meyiti tapılıb.
Trend-in məlumatına görə, hadisə martın 30-u baş verib.
Belə ki, şəhər sakini 59 yaşlı Sevda Zeynalovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Qadının dəm qazında boğulduğu ehtimal edilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
