...

Azərbaycanda icbari sığorta ödənişləri 27% artıb

İqtisadiyyat Materials 1 Aprel 2026 14:30 (UTC +04:00)
Azərbaycanda icbari sığorta ödənişləri 27% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və ya 29,4% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 5,8 milyon manat və yaxud 27,3% artaraq 27,028 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti