Bakı.Trend:
Ötən ay 541 kiloqram 132 qram narkоtik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhət Xidmətinin 2026-cı ilin mart ayının icmalında qeyd edilib.
İcmalda qeyd edilir ki, mart ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.
