...

Ağdam, Füzuli və Xocavənddə yeni təyinat

Cəmiyyət Materials 1 Aprel 2026 10:06 (UTC +04:00)
Ağdam, Füzuli və Xocavənddə yeni təyinat
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib.

Trend-in məlumatına görə, bu vəzifəyə Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva gətirilib.

Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

Hazırda Azərbaycan Televiziyasında (“AzTV”) yayımlanan “Telesəhər” verilişinin aparıcısı olan Təranə Quliyeva bu fəaliyyətini də davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti