...

Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi

İqtisadiyyat Materials 1 Aprel 2026 12:17 (UTC +04:00)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 148,800 milyon manat həcmində sığorta ödənişləri həyata keçirilib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 37% çoxdur.

Qeyd olunan dövrdə ən böyük ödəniş həcmi 86,053 milyon manat olmaqla “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. 24,777 milyon manat ödəniş həcmi ilə ikinci yeri “Paşa Sığorta” ASC, 12,483 milyon manat göstərici ilə isə üçüncü yeri “Atəşgah Həyat” Sığorta Şirkəti" ASC tutub.

2026-cı ilin yanvar-fevral ayları üzrə sığorta ödənişlərinin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinq cədvəlini təqdim edirik:

Şirkətin adı

Məbləğ (milyon manat)

“Paşa Həyat Sığorta”

86,053

“Paşa Sığorta”

24,777

“Atəşgah Həyat” Sığorta Şirkəti

12,483

“Atəşgah” Sığorta Şirkəti

7,479

“Qala Sığorta”

4,326

“Azərbaycan Sənaye Sığorta”

3,079

“Meqa Sığorta”

2,560

“A-Qroup Sığorta Şirkəti”

1,967

“Xalq Sığorta”

1,681

“Xalq Həyat” Sığorta Şirkəti

1,520

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

1,345

“Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti

583

“Qala Həyat” Sığorta Şirkəti

498

“AzSığorta”

251

“İpək Yolu Sığorta”

0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti