...

“Azərbaycan alüminiumu” ASC ləğv edilir

İqtisadiyyat Materials 1 Aprel 2026 13:17 (UTC +04:00)
“Azərbaycan alüminiumu” ASC ləğv edilir
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, ASC-nin aktivləri “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına veriləcək.

Maliyyə Nazirliyi “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti