Bakı. Trend:
Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə işbirliyinin genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan - Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Nökərqulı Ataqulıyevlə görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmini vurğuladıq.
İkitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat, logistika, tranzit və digər sahələrdə işbirliyinin genişləndirilməsini müzakirə etdik", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycan ilə Türkmənistan arasındakı ticarət dövriyyəsi 11,944 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,569 milyon ABŞ dolları və ya 4,2 dəfə azdır.
