...

Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir

Dünya xəbərləri Materials 1 Aprel 2026 14:33 (UTC +04:00)
Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun ABŞ-İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya qoşulmamasından sonra Birləşmiş Ştatlar Şimali Atlanik alyansdan çıxmağı ciddi şəkildə nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Britaniyanın “The Telegraph” qəzetinə verdiyi açıqlamada deyib.

“Məni NATO heç vaxt inandıra bilmədi. Həmişə bilirdim ki, o, sadəcə kağızdan olan bir pələngdir, yeri gəlmişkən bunu elə Putin də bilir”,- deyə Tramp vurğulayıb.

O həmçinin Rusiya-Ukrayna münaqişəsindən də söz açıb, ABŞ-nin Ukraynanı qorumaq üçün öhdəsinə düşəni etdiyini bildirib. Trampın sözlərinə görə, bu, ümumiyyətlə ABŞ-nin problemi deyildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti