Bakı.Trend:
4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
