...

Israil ordusu "Hizbullah" komandirini öldürüb

Dünya xəbərləri Materials 1 Aprel 2026 14:51 (UTC +04:00)
Israil ordusu "Hizbullah" komandirini öldürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Dəniz Qüvvələrinin Beyruta endirdiyi zərbə nəticəsində Livanın cənubunda "Hizbullah" hərəkatının Cənub Cəbhəsinin komandiri – terror qrupunun hərbi fəaliyyətinə cavabdeh olan Hacı Yusif İsmayıl Həşəm həlak olub.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Həşəm 2024-cü ilin sentyabrında Cənub Cəbhəsinin komandiri vəzifəsini Əli Qərakidən təhvil almışdı. Qəraki isə İsrail zərbəsi zamanı "Hizbullah" lideri Şeyx Həsən Nəsrullahla birlikdə həlak olmuşdu.

Hərbi mənbələr bildirir ki, Həşəm 40 ildən artıq təcrübəyə malik yüksək rütbəli komandir və terror təşkilatının mərkəzi fiquru olub.

“İllər boyu, xüsusən son dövrlərdə, Həşəm İsrail mülki şəxsləri və IDF əsgərlərinə qarşı minlərlə terror hücum planına rəhbərlik etmiş, təşviqat aparmışdı”, - IDF bildirib.

Həmçinin əlavə olunub ki, onun zərərsizləşdirilməsi "Hizbullah"ın İsrail mülki şəxslərinə qarşı terror əməliyyatlarını həyata keçirmə qabiliyyətinə və Livanın cənubunda IDF əsgərlərinə qarşı davam edən döyüşləri idarə etməsinə ciddi zərbədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti