...

Britaniyanın təşəbbüsü ilə Hörmüz boğazı ilə bağlı təhlükəsizlik konfransı keçiriləcək

Dünya xəbərləri Materials 1 Aprel 2026 16:00 (UTC +04:00)
Britaniyanın təşəbbüsü ilə Hörmüz boğazı ilə bağlı təhlükəsizlik konfransı keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə Hörmüz boğazının bağlanması məsələsinə həsr olunmuş təhlükəsizlik konfransı keçiriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

“Böyük Britaniya Fars körfəzində dəniz təhlükəsizliyinin birgə təmin olunmasına yönəlmiş niyyət bəyanatımız ətrafında 35 ölkəni birləşdirib. Bu gün elan edə bilərəm ki, həftənin sonlarına doğru xarici işlər naziri (İvett Kuper) bu ölkələri ilk dəfə bir araya gətirəcək görüş keçirəcək. Həmin görüşdə gəmiçiliyin azadlığını bərpa etmək, blokadada qalan gəmilərin və dənizçilərin təhlükəsizliyini təmin etmək, eləcə də həyati əhəmiyyətli yüklərin daşınmasını yenidən başlatmaq üçün görə biləcəyimiz real diplomatik və siyasi tədbirləri müzakirə edəcəyik”, – britaniyalı hökumət başçısı bildirib.

Xatırladaq ki, martın 19-da Böyük Britaniya, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiya liderləri birgə bəyanat yayaraq İranı təhdidlərini, mina yerləşdirilməsini, pilotsuz uçuş aparatları və raket zərbələrini, həmçinin Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün bağlamağa yönəlmiş digər cəhdləri dərhal dayandırmağa çağırıblar. Daha sonra bu bəyanata Avropanın bir sıra ölkələri ilə yanaşı Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, Yeni Zelandiya, Panama,BƏƏ və Koreya Respublikası da daxil olmaqla 20-dən çox dövlət qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti