Bakı. Trend:
Bakı–Sumqayıt yolunun “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən tuneldə yanğın baş verib.
FHN-dən Trend-ə verilən məlumata görə, səhər saatlarında 3-cü mikrorayon ərazisində “Mazda” markalı avtomobil tuneldə yanıb.
Yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində avtomobilin yanması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) yerində tibbi yardım olunub.
