...

Dünyanın ən ağır pilotsuz yük təyyarəsinin sınağı həyata keçirilib

Dünya xəbərləri Materials 1 Aprel 2026 19:00 (UTC +04:00)
Dünyanın ən ağır pilotsuz yük təyyarəsinin sınağı həyata keçirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin ağır pilotsuz aviasiyanın inkişafında növbəti addımı ataraq, dünyada ən ağır yük daşıyan dron kimi təqdim edilən "Changying-8” (CY-8) modelinin ilk uçuşunu həyata keçirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Aparat yüksək yükqaldırma qabiliyyətini qısa uçuş zolaqlarından qalxma imkanı ilə birləşdirir və uzaq, yüksək dağlıq və ada ərazilərində logistika əməliyyatları üçün nəzərdə tutulub.

"CY-8"in ilk sınağı Çinin mərkəzində yerləşən Henan əyalətinin Çjençjou şəhərində baş tutub. Pilotsuz aparat cəmi 280 metr qaçışdan sonra havaya qalxıb və təxminən 30 dəqiqə uçuş həyata keçirib. Sınaqlar zamanı mühəndislər əsas sistemləri - avionikanı, güc qurğusunu və intellektual uçuş idarəetmə sistemini yoxlayıblar.

“CY-8” iri qabaritləri və yük imkanları ilə seçilir. Onun maksimal uçuş kütləsi yeddi tona çatır. Bununla yanaşı, aparatın öz çəkisi təxminən 3,5 ton, faydalı yükü isə eyni həcmdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti