Bakı. Trend:
Almaniyanın Solingen şəhərində bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata əsasən, şəhərin mərkəzində polis tərəfindən genişmiqyaslı əməliyyat həyata keçirilir.
Hadisə yerində təcili yardım və digər xidmətlər fəaliyyət göstərir. Cinayətdə istifadə edilən alət də həmin ərazidə tapılıb.
“Bild”in yazdığına görə, bir nəfər saxlanılıb. Hadisənin detalları hələ də dəqiqləşdirilir, araşdırma davam edir və əməliyyata çox sayda polis qüvvəsi cəlb olunub.