Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 129,231 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon manat və ya 2,1% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 30,7 milyon manat və yaxud 43,5% artaraq 101,136 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-fevral aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 78,3 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.
