...

Azərbaycanda əmlak sığortası bazarı böyüyüb

İqtisadiyyat Materials 1 Aprel 2026 16:46 (UTC +04:00)
Azərbaycanda əmlak sığortası bazarı böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası hesabına 47,878 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 milyon manat və ya 18,8% çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 727 min manat və yaxud 12,1% artaraq 6,754 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti