...

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır - Əli Əsədov

Energetika Materials 2 Aprel 2026 12:10 (UTC +04:00)
Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır - Əli Əsədov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Enerji sahəsində əməkdaşlıq da gündəliyimizin mühüm istiqamətlərindəndir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır.

Trend xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin bugünkü görüşündə deyib.

Baş nazir bildirib ki, ənənəvi enerji resursları sahəsində qazanılan təcrübə və formalaşdırılan infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır:

“Bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.

Azərbaycanın, eyni zamanda Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bu baxımdan Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq”.

Xəbər lenti

Xəbər lenti