Bakı. Trend:
Qırğızıstanın enerji sektorunun gələcək inkişafı yeni texnologiyaların tətbiqini tələb edir.
Trend xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev Türk Dövlətləri Təşkilatına üzd dövlətlərin hökümət başçıları və vitse-prezidentlərinin ikinci iclasında deyib.
“Qırğızıstan Respublikası unikal su və enerji resurslarına malikdir və bərpa olunan enerji mənbələrinin inkişafına böyük önəm verir. Günəş, külək, su və bioenerjidən artıq istifadə olunsa da, onların potensialı hələ tam şəkildə gerçəkləşdirilməyib”, – deyə o bildirib.
Onun sözlərinə görə, enerji sektorunun gələcək inkişafı yeni texnologiyaların tətbiqini və infrastrukturun genişləndirilməsini tələb edir. Xüsusilə, kiçik su elektrik stansiyaların inkişafı enerji mənbələrinin şaxələndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və bölgələrin sosial-iqtisadi inkişafına töhfə verir.
Kasımaliyev qeyd edib ki, Qırğızıstanda böyük su elektrik stansiyaları, o cümlədən “Kambar-Ata” layihəsi üzərində işlər aparılır, həmçinin “CASA-1000” layihəsi həyata keçirilir ki, bu da “yaşıl elektrik enerjisi"nin Əfqanıstan və Pakistana ixracını təmin edəcək.
