Bakı. Trend:
Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında davamlı sülhə yönəlmiş addımları məmnuniyyətlə qarşılayırıq. Bölgədə yaranmış tarixi fürsətin dəyərləndirilməsini və iki ölkə arasında sülh sazişinin imzalanmasını arzulayırıq.
Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.
"Cənubi Qafqazda əməkdaşlıq və sabitlik mühitinin formalaşması türk dünyasında qarşılıqlı əlaqələri daha da gücləndirəcək. İnfrastruktur, kommunikasiya və nəqliyyat sahələrində yaranacaq yeni əməkdaşlıq imkanlarının türk dünyasının rifahına mühüm töhfələr verəcəyinə inanırıq", - o bildirib.
