...

"Mançester Siti" klubunun müdafiəçisi mart ayının ən yaxşı oyunçusu seçilib

İdman Materials 2 Aprel 2026 02:27 (UTC +04:00)
"Mançester Siti" klubunun müdafiəçisi mart ayının ən yaxşı oyunçusu seçilib

Bakı. Trend:

"Mançester Siti" klubunun müdafiəçisi Abdukodir Xusanov mart ayının ən yaxşı oyunçusu seçilib.

Trend xəbər verir ki, 22 yaşlı Özbəkistan millisinin üzvü azarkeşlərin səsverməsində Rodri və Jeremi Dokunu qabaqlayıb. Xusanov bu mükafatı ikinci dəfə qazanır. O, daha əvvəl yanvar ayında da komandanın ən yaxşısı seçilmişdi.

Ötən ay müdafiəçi bütün turnirlərdə 6 oyuna çıxıb və onların 5-də start heyətində yer alıb.

Xəbər lenti

Xəbər lenti