...

Qazaxıstan Zəngəzur dəhlizi layihəsində iştirak etməyə hazırdır - Oljas Bektenov

İqtisadiyyat Materials 2 Aprel 2026 11:59 (UTC +04:00)
Qazaxıstan Zəngəzur dəhlizi layihəsində iştirak etməyə hazırdır - Oljas Bektenov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Zəngəzur dəhlizi layihəsində iştirak etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin ikinci iclasında bildirib.

“Artan geosiyasi gərginlik fonunda hazırda regionun ərzaq və enerji təhlükəsizliyini təmin edən ticarət və nəqliyyat marşrutlarında fasilələr müşahidə olunur.

Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ən etibarlı və təhlükəsiz tranzit yollarından biridir. Orta Dəhlizin institusional statusunun yüksəldilməsi məqsədilə biz bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağı planlaşdırırıq”, – deyə o bildirib.

Bektenov qeyd edib ki, bu marşrutun dayanıqlığını qorumaqla onun Zəngəzur dəhlizinin açılması ilə inteqrasiyasını təmin etmək vacibdir.

“Bu kontekstdə Qazaxıstan marşrut layihəsində iştirak etməyə hazırdır və bir sıra qazaxıstanlı şirkətlər dəmir yolu infrastrukturunun tikintisi və modernləşdirilməsinə maraq göstərir”, – deyə Baş nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti