Bakı. Trend:
Aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah bəzi yerlərdə arabir duman.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa
enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin
gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda
gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
