Bakı. Trend:
"Yelo Bank" ödəniş kartları üzrə əməliyyatların informasiya
təhlükəsizliyini təmin etmək və mövcud tənzimləyici tələblərin
icrasını reallaşdırmaq məqsədilə açıq tender elan edir. Tenderin
predmeti Kart Məlumatları Mühiti (Cardholder Data Environment –
CDE) və əlaqəli ödəniş infrastrukturu üzrə illik müstəqil uyğunluq
qiymətləndirilməsinin (PCI DSS) aparılmasıdır.
Bank bu sahədə ixtisaslaşmış və müvafiq təcrübəyə malik şirkətləri
əməkdaşlığa dəvət edir. Tenderdə iştirak edəcək namizəd şirkətlər
üçün əsas tələblər aşağıdakılardır:
- PCI DSS üzrə audit aparmaq üçün rəsmi akkreditasiyaya (QSA
statusu) malik olmaq;
- Bank və ya fintech sektorunda uğurlu praktiki audit
təcrübəsi;
- Layihəni icra edəcək sertifikatlı mütəxəssislərdən ibarət peşəkar
komanda;
- Təklif edilən metodologiyanın beynəlxalq standartlara tam
uyğunluğu;
- Audit nəticələrinin tənzimləyici qurumlara rəsmi təqdimat üçün
yararlı formatda hazırlanması.
Maraqlı tərəflər tender təkliflərini 21 aprel 2026-cı il, saat
17:00-dək (Bakı vaxtı ilə) təqdim etməlidirlər.
Tender şərtləri və müraciət qaydaları ilə bağlı daha ətraflı
məlumatla linkə keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/419LmLD.
Bankdan tecili kredit
əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!