...

Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur

Energetika Materials 2 Aprel 2026 09:58 (UTC +04:00)
Azərbaycanın da iştirak etdiyi böyük enerji platforması qurulur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın "TotalEnergies" şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Asiyanın 9 ölkəsində bərpa olunan enerji sahəsində quru layihələrini birləşdirəcək, dəyəri 2,2 milyard ABŞ dolları olan və bərabər pay bölgüsü (50/50) əsasında yaradılacaq birgə müəssisə haqqında öhdəlik sazişi imzalayıblar.

Trend-in məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra birgə müəssisə Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda günəş və külək enerjisi, eləcə də enerji saxlama sistemləri üzrə quru layihələrinin inkişafı, tikintisi, sahiblənməsi və istismarı üçün yeganə platforma olacaq.

Birgə müəssisənin portfeli ümumi gücü 3 QVt olan fəaliyyət göstərən aktivləri, həmçinin aktiv inkişaf mərhələsində olan və 2030-cu ilədək istismara verilməsi gözlənilən ümumi gücü 6 QVt təşkil edən layihələri əhatə edəcək.

Birgə müəssisənin baş ofisi "Abu Dhabi Global Market" (ADGM) beynəlxalq maliyyə mərkəzində yerləşəcək. Şirkətdə "TotalEnergies" və "Masdar"ı təmsil edən təxminən 200 əməkdaş çalışacaq. Birgə müəssisənin idarə heyəti bir müddət sonra açıqlanacaq.

Sövdələşmənin tamamlanması zəruri tənzimləyici icazələrin alınmasından və müvafiq şərtlərin yerinə yetirilməsindən asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti