...

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

İqtisadiyyat Materials 2 Aprel 2026 12:47 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,657 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, bu ilin martın 1-i ilə müqayisədə 42,7 milyon ABŞ dolları və ya 0,4% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 630,3 milyon ABŞ dolları və ya 5,7% artıb.

Əlavə olaraq qeyd olunub ki, bu il aprelin 1-nə Azərbaycanda pul bazası 23,765 milyard manat təşkil edib.

Məlumata əsasən, bu, 2026-cı ilin martın 1-i ilə müqayisədə 948 min manat və ya 4,1% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,267 milyard manat və yaxud 10,5% artıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti