Bakı. Trend:
Ukrayna enerji sektorunun yenidən qurulması məqsədilə Kanadadan 20 milyon Kanada dolları (təxminən 14,4 milyon ABŞ dolları) həcmində maliyyə dəstəyi əldə edəcək.
Trend xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “Telegram” hesabında paylaşım edib.
Sviridenko qeyd edib ki, Kanadanın davamlı dəstəyini və Ukrayna Enerji Dəstək Fonduna yaxın vaxtlarda ayırdığı 20 milyon Kanada dolları məbləğində vəsaiti yüksək qiymətləndirirlər.