Bakı. Trend:
İndoneziyanın Ternate şəhərindən 119 kilometr məsafədə dənizdə 7,8 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkan Qrinviç vaxtı ilə 22:48-də (Bakı vaxt ilə 2:48) qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə olub.
Hələlik dağıntı barədə məlumat yoxdur.