...

“Mançester Yunayted” “Everton”un hücumçusu ilə maraqlanır

İdman Materials 2 Aprel 2026 07:36 (UTC +04:00)
“Mançester Yunayted” “Everton”un hücumçusu ilə maraqlanır

Bakı. Trend:

“Everton”un hücumçusu İlimane Ndiaye karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Trend xəbər verir ki, bu barədə sosial media platforması X-də SullyTalkz hesabında məlumat verilib.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” oyunçunun oyununu yaxından izləyir və bu yay transferi təmin etmək üçün konkret addımlar atacaqlar. Oyunçunun özü yeni kluba keçməyə hazırdır və "Mançester Yunayted" onun prioritetidir.

Ndiaye bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti