...

Qırğızıstan öz tranzit potensialını tam ölçüdə reallaşdırmağa can atır - Adılbek Kasımaliyev

İqtisadiyyat Materials 2 Aprel 2026 12:28 (UTC +04:00)
Qırğızıstan öz tranzit potensialını tam ölçüdə reallaşdırmağa can atır - Adılbek Kasımaliyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan öz tranzit potensialını tam ölçüdə gerçəkləşdirməyə can atır.

Trend xəbər verir ki, bunu Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev Türk Dövlətləri Təşkilatına üzd dövlətlərin hökümət başçıları və vitse-prezidentlərinin ikinci iclasının gedişində deyib.

Onun sözlərinə görə, təşkilat çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ticarət, turizm və regional inteqrasiyanın inkişafında mühüm rol oynayır.

“Avrasiyanın mərkəzində coğrafi mövqeyimizi nəzərə alaraq, Qırğızıstan öz tranzit potensialını tam şəkildə gerçəkləşdirməyə çalışır. Bundan əlavə, Qırğızıstan ərazisi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm halqalarından biridir”, – deyə o bildirib.

Kasımaliyev qeyd edib ki, Zəngəzur dəhlizi Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun məntiqi davamıdır. Bu bağlantı Çinin Sakit okean sahillərini Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirəcək.

“Bu marşrut inteqrasiya olunmuş infrastrukturun inkişafına töhfə verəcək”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti