...

Konqresdə Trampın ABŞ-nin NATO-dan çıxması ilə bağlı fikrini dəstəklədilər

Dünya xəbərləri Materials 2 Aprel 2026 11:40 (UTC +04:00)
Konqresdə Trampın ABŞ-nin NATO-dan çıxması ilə bağlı fikrini dəstəklədilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın ABŞ-nin NATO-dan çıxması ehtimalı ilə bağlı səsləndirdiyi fikirlər tamamilə doğrudur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı senator Rend Pol “X” sosial şəbəkəsində yazıb.

“Prezident Tramp NATO-dan çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirməkdə tamamilə haqlıdır. Mən prezidentin konstitusion səlahiyyətlərini və ABŞ Konstitusiyasının ikinci maddəsində nəzərdə tutulmuş, Senatın təsdiqinə ehtiyac olmadan istənilən müqavilədən, o cümlədən NATO müqaviləsindən çıxmaq hüququnu dəstəkləyirəm”,- deyə senator yazıb.

Senatorun sözlərinə görə, "Soyuq Müharibə" dövründən qalan hərbi struktur sonsuz genişlənmə səbəbindən artıq həddən artıq böyüyüb və alyansın ABŞ-nin maraqları üçün faydalı olduğu yoxsa birtərəfli yükə çevrildiyi barədə real müzakirələrə ehtiyac var.

Bu yaxınlarda Tramp "The Telegraph" qəzetinə müsahibəsində ABŞ-nin Şimali Atlantika Alyansından (NATO) çıxması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Martın 31-də ABŞ-ın müdafiə naziri Pit Heqset qeyd edib ki, ABŞ rəhbərliyi İranla bağlı münaqişə başa çatdıqdan sonra NATO-nun gələcəyi məsələsinə qərar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti