...

Cəlilabadda yanğın: 85 yaşlı kişi həyatını itirdi (YENİLƏNİB)

Hadisə Materials 2 Aprel 2026 09:15 (UTC +04:00)
Cəlilabadda yanğın: 85 yaşlı kişi həyatını itirdi (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Aprelin 1-i saat 23 radələrində Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, 1941-ci il təvəllüdlü kənd sakini Bəhrəm Nuriyev yaşadığı, qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın zamanı həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Narıyev Bəhram Bayrı oğlunun meyiti aşkar edilib.

Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti