...

Azərbaycanda kredit sığortası bazarı kiçilib

İqtisadiyyat Materials 2 Aprel 2026 13:20 (UTC +04:00)
Azərbaycanda kredit sığortası bazarı kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kredit sığortası hesabına 1,026 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 min manat və ya 6,6% azdır.

Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 5 min manat və yaxud 35,7% azalaraq 9 min manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti