Bakı. Trend:
Ötən gündən etibarən Bakıda dumanlı hava şəraiti müşahidə olunur.
Trend-in fotoqrafı Arif Quluzadə tərəfindən paytaxtda lentə alınan kadrlarda şəhəri bürüyən dumanlı mənzərə əks olunub.
Qeyd edək ki, dumanlı hava şəraiti həm mövsümi meteoroloji şərait, həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalarla əlaqələndirilir:
Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi, eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına və dumanın yaranmasına şərait yaradır.