...

Azərbaycanda bankların mənfəəti artıb

İqtisadiyyat Materials 2 Aprel 2026 14:37 (UTC +04:00)
Azərbaycanda bankların mənfəəti artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 189,7 milyon manat xalis mənfəət əldə edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 milyon manat və ya 5,7% çoxdur.

Eyni zamanda hesabat dövründə banklar 301,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 9,4% çoxdur.

Qeyd edilib ki, cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 47,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Bu ilin fevralın 28-nə bankların kredit portfeli 0.5% və ya 138,8 milyon manat artaraq 30 milyard 118,9 milyon manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.3% (16,058 milyon manat); ıı) istehlak kreditləri – 31.4% (9 milyard 467,5 milyon manat) və ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 593,4 milyon manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.2%-i və ya 37 milyard 290,6 milyon manat. Depozit portfelinin 54.8%-i (20 milyard 425,4 milyon manat) hüquqi şəxslərin, 45.2%-i (16 milyard 865,3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti