Bakı. Trend:
Gün ərzində İsrail ordusunun Livanda "Hizbullah" qruplaşmasına məxsus onlarla obyektə endirdiyi zərbələr nəticəsində qruplaşmanın 40-dan çox üzvü öldürülüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF bildirir ki, eyni zamanda İsrail hərbi dəniz qüvvələri Livanın cənubunda "Hizbullah"a aid silah-sursat anbarlarına zərbələr endirib və həmin bölgədə quru əməliyyatları da paralel olaraq davam edir.
Məlumata görə, 91-ci “Qaliley” regional diviziyasının hərbçiləri "Hizbullah" üzvlərindən ibarət bir qrupu aşkar edərək onların zərərsizləşdirilməsi üçün tədbirlər görüblər. Həmçinin, 36-cı diviziya motosikletlə hərəkət edən üç silahlı şəxsi hədəfə alaraq zərbə endirib və əməliyyatlar zamanı təxminən daha 10 silahlı şəxs öldürülüb.
