...

Naxçıvan Əlahiddə Ümumqoşun Orsunun bölmələri Türkiyədə təlimdə iştirak edəcəklər (FOTO)

Siyasət Materials 2 Aprel 2026 21:25 (UTC +04:00)
Naxçıvan Əlahiddə Ümumqoşun Orsunun bölmələri Türkiyədə təlimdə iştirak edəcəklər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Əlahiddə Ümumqoşun Orsunun bölmələri təlimdə iştirak etmək üçün Türkiyəyə səfərə gəlib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata əsasən, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığında keçiriləcək "Heydər Əliyev-2026" təlimində iştirak edəcəklər.

Azərbaycan hərbçiləri Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti tərəfindən Həsrət Körpüsündə qarşılanıblar və bundan sonra bayraq dəyişdirmə mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti