...

Beyləqanda minik avtomobili aşıb: xəsarət alanlar var

Hadisə Materials 2 Aprel 2026 16:48 (UTC +04:00)
Beyləqanda minik avtomobili aşıb: xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə rayon sakinləri - 1977-ci il təvəllüdlü Qurbanov İlham Mütəllim oğlu və 1986-cı il təvəllüdlü Quliyev Müslüm Maşallah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti