...

Lavrov Əraqçi ilə Yaxın Şərqdəki münaqişəni müzakirə ediblər

Dünya xəbərləri Materials 2 Aprel 2026 22:00 (UTC +04:00)
Lavrov Əraqçi ilə Yaxın Şərqdəki münaqişəni müzakirə ediblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı aparıblar.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, danışıq zamanı Yaxın Şərqdəki münaqişə, bir sıra ölkələrin gərginliyi azaltmaq səyləri, eləcə də Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi yolları ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirələrin gedişatı müzakirə olunub.

"Nazirlər Yaxın Şərqdəki yeni münaqişə ilə bağlı hadisələri, bir sıra dövlətlərin gərginliyin azaldılması üçün göstərdiyi səyləri ətraflı müzakirə ediblər və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və ABŞ və İsrailin İran İslam Respublikasına qarşı təcavüzünün digər nəticələrinin aradan qaldırılması yolları ilə bağlı BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin gedişi barədə fikir mübadiləsi aparıblar", - deyə nazirlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti