...

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

İqtisadiyyat Materials 2 Aprel 2026 18:18 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 110,084 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2,8 milyon manat və ya 2,6%, 2025-ci ilin martın 1-nə olan göstərici ilə müqayisədə isə 18,4 milyon manat və ya 20% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,60%-ə bərabər olub.

Eyni zamanda, bu ilin martın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,008 milyon manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 116 min manat, yaxud 13%, ötən ilin eyni dövrünə nisbətən isə 569 min manat və ya 2,3 dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,91% təşkil edib.

Qeyd edək ki, bu ilin martın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 17,209 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti