Bakı.Trend:
Bu ilin fevral ayında Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi 77,4 milyard manatı, say baxımından isə 181,9 min ədədi ötüb.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu sistemdə həyata keçirilən əməliyyatların həcmi 35,33 milyard manat və ya 3%-dən çox, sayı isə 12,9 min ədəd və ya 7,6% artıb.
Ötən ilin fevral ayında AZİPS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 42,07 milyard manat, sayı isə 169 min ədədi ötmüşdü.
Qeyd edək ki, fevral ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 191 min ədəd artıb və ümumilikdə 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.
