...

Astara gömrüyündə əməliyyat: Meyvə kisələrinin altından 112 kq narkotik çıxdı (FOTO)

Hadisə Materials 3 Aprel 2026 09:44 (UTC +04:00)
Astara gömrüyündə əməliyyat: Meyvə kisələrinin altından 112 kq narkotik çıxdı (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Qarışıq meyvə qurusu” yükündə 112 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti