...

İsrail İranla münaqişə nəticəsində yaralananların sayını açıqlayıb

Dünya xəbərləri Materials 3 Aprel 2026 10:36 (UTC +04:00)
İsrail İranla münaqişə nəticəsində yaralananların sayını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İranla münaqişə ilə əlaqədar 148 nəfər xəstəxanalara yerləşdirilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onlardan dördünün vəziyyəti orta-ağır, 108-nin vəziyyəti kafidir. 31 nəfərə təşviş pozuntusu ilə bağlı psixoloji yardım göstərilib, 5 nəfər isə hazırda tibbi müayinə olunur.

Nazirlik bildirib ki, bununla da İranla münaqişə başlanandan bəri xəstəxanaya yerləşdirilən zərərçəkənlərin sayı 6500 nəfəri ötüb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti